Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdləri incəsənət müsabiqəsində iştirak ediblər. Bu haqda 23 may tarixində Sumqayıt24 xəbər verir.
Təhsil müəssisəsinin Fortepiano şöbəsinin şagirdləri İnci Kərimli və Fidan Ağakişiyeva “American Music Stars” adlı II Beynəlxalq vokal-instrumental musabiqəsində uğur qazanaraq diplomla təltif olunub.
Müsabiqəyə şagirdləri müəllimləri Kəmalə Nəsirli və Təranə Ağayeva hazırlayıblar.