Sumqayıt şəhərində Vətən müharibəsi veteranları mayor Vüsal Şabanov və baş leytenant Namiq Seyfəddinli ilə görüş keçirilib. Sumqayıt24 bu haqda 2 noyabr tarixində xəbər verir.
Tədbir Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Muğam Mərkəzində təşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən müharibəsi iştirakçıları Vüsal Şabanov və Namiq Seyfəddinli Sumqayıt Reabilitasiya Mərkəzində müalicə alan əlil şəxslər, müharibə veteranları, kollec tələbələri və məktəb şagirdlərinə öz şərəfli hekayələrini danışıblar, 44 günlük müharibə ilə bağlı xatirələrini bölüşüblər.
İştirakçılara hədəflərinə çatmaq üçün yorulmadan və həvəsdən düşmədən çalışmağın, uğur əldə etməyin sirləri açıqlanıb.
Maraqlı müzakirələr, sualların cavablandırılması ilə davam edən görüş musiqili proqramla yekunlaşıb.