Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 31-də və sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Sumqayit24.az xəbər verir ki, nazir iki gün ərzində 585 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.
Qeyd olunub ki, müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.
Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 458 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.