Sumqayıtda “Avropa İttifaqı Təqaüdləri” təlimi keçiriləcək. Sumqayıt24 bu haqda 22 fevral tarixində Sağlam Düşüncə Gənclər Təşkilatına (SDGT) istinadən xəbər verir.
İnfosessiyada “Erasmus Plus" ilə Avropada tam təqaüdlü qısamüddətli təhsil, "Erasmus Mundus" Birgə Magistr Dərəcələri, İsveç İnstitutunun təqaüdü, DAAD təqaüdü, Avropa Həmrəylik Korpusu (Avropada könüllü fəaliyyəti), Gənc Avropa Səfirləri şəbəkəsi və s. imkanlar haqda məlumat veriləcək.
Tarix: 25 fevral.
Vaxt: 12:00-14:00.
İştirak etmək istəyənlər fevralın 23-dək link vasitəsilə qeydiyyatdan keçməlidirlər.
Dəqiq ünvan qeydiyyatı təsdiq olunan şəxslərlə paylaşılacaq.