Sumqayıt Dövlət Universitetində (SDU) “İstifadəçi interfeysi (UI) işçilərin dizaynı: tərtibatlar və rəng qrafikləri” mövzusunda dərs keçiriləcək. Sumqayıt24 bu haqda 8 may tarixində xəbər verir.
Dərs SABAH.Academy-nin təşkil etdiyi proqram çərçivəsində mayın 10-da baş tutacaq. Burada Orta Şərq Texniki Universitetinin Sənaye dizaynı departamentinin sədri prof. Gülay Həsdoğan və departamentin sədr müavini dos. Fatma Korkut çıxış edəcəklər.