Sumqayıtda “Xəzəri qoruyaq” şüarı ilə irimiqyaslı təmizlik aksiyası keçirilib. Bu haqda 13 sentyabr tarixində Sumqayıt24 Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təşkil olunan iməcilik Xəzər dənizi sahilini əhatə edib.
Aksiyanın keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.