Sumqayıtda təmizlik aksiyaları davam etdirilir. Sumqayıt24 bu haqda 17 iyun tarixində xəbər verir.
Xəzər dənizinin sahilində keçirilən işlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabeli qurumların əməkdaşları, İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndələri, şəhər ictimaiyyətinin üzvləri, ümumilikdə isə 130-dan çox adam iştirak edib.
Aksiya zamanı ətrafda yığılan məişət tullantıları toplanaraq ərazidən daşınıb.