Küləkli hava davam edəcək. Sumqayıt24 bu haqda 27 may tarixində xəbər verir.
Saat 12:00-a olan məlumata əsasən, Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb. Buna görə öncədən orta riskli sarı xəbərdarlıq verilmişdi.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.