Sumqayıtda uşaq köməksiz vəziyyətdə qalıb. Sumqayıt24 bu haqda 20 yanvar tarixində xəbər verir.
Hadisə yanvarın 19-da qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə azyaşlının mənzildə bağlı qapı arxasında qaldığı bildirilib. Qurumun Sumqayıt Regional Mərkəzinin əməkdaşları əraziyə yetişiblər. Onlar nəzarətsiz qalmış uşağı xilas ediblər.