Ermənilərin törətdiyi terror aktında şəhid olan daha bir sumqayıtlı polisin adı açıqlanıb. Sumqayıt24 bu haqda 19 sentyabr tarixində xəbər verir.
Məlumata görə, Xocavənddə mina partlayışında həlak olanlardan biri 36 yaşlı Sumqayıt sakini Ramil Şirinovdur.
Qeyd edək ki, həmin hadisədə həmşəhərlimiz, 29 yaşlı Asim Camalzadə də şəhadətə ucalıb.
Allah rəhmət eləsin!