Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub. Sumqayıt24 bu haqda 19 sentyabr tarixində xəbər verir.
Məlumata görə, 4-cü mərtəbənin pilləkən qəfəsindəki elektrik lövhəsində 10 ədəd sayğac yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən alovun qarşısı alınıb. Yaxınlıqdakı mənzillər mühafizə olunub.