Sumqayıtın qamışlıq ərazisində yanğın olub. Bu haqda 21 avqust tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Hadisə Yaşıldərə yaşayış massivində baş verib. Ümumi sahəsi 1.000 kv.m. olan qamışlıq ərazinin 100 kv.m.-i kül olub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ətraf ərazi yanğından mühafizə olunub.