Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində ağacəkmə aksiyası keçirilib. Bu haqda 14 may tarixində Sumqayıt24 xəbər verir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təhsil mərkəzinin həyətyanı sahəsində 30-a yaxın ağac əkilib. Tələbələr, həmçinin mövcud ağaclara aqrotexniki qulluq göstəriblər.