Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Sumqayıt24 bu haqda 27 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Üçmərtəbəli evin yaxınlığında sahəsi 100 kv.m olan birmərtəbəli yay mətbəxində 2 p.m mebel, 4 ədəd məişət avadanlığı və dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri alovu söndürüb. Mətbəxin qalan hissəsi və yaxınlıqdakı ev mühafizə olunub.