Sumqayıtda yol polisi dəm qazından zəhərlənən qadının xəstəxanaya çatdırılmasına köməklik göstərib. Bu haqda 5 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə Sülh küçəsində qeydə alınıb. Sürücü qarşısında hərəkət edən Dövlət Yol Polisi (DYP) avtomobilindəki əməkdaşa müraciət edib. O, polis işçisinə maşında dəm qazından boğulan qadının olduğunu deyib və xəstəxanaya çatdırılmasına yardım etməsini xahiş edib. Polis dərhal sayrışan işıqlarla avtomobili tibb müəssəsinədək müşayiət edib.
Vaxtında xəstəxanaya çatdırıldığı üçün qadının həyatını xilas etmək mümkün olub.