Sürüşkən yollar fəsadlara yol açıb. Sumqayıt24 bu haqda 25 yanvar tarixində xəbər verir.
Son iki gün davam edən yağıntılı və şaxtalı hava səbəbindən yollar buz bağlayıb. Sumqayıtın daxili yollarında, Saray qəsəbəsində və Bakı-Sumqayıt magistralında avtomobillərin hərəkəti daha da çətinləşib. İzləyicilərimiz səhər saatlarında çox sayda avtoqəzaların şahidi olublar.