Sumqayıtda avtomobil piyadanı vurub. Sumqayıt24 bu haqda 3 noyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə 2 noyabr axşam saatlarında baş verib. 2-ci mikrorayon ərazisində, Nəriman Nərimanov küçəsində yolu keçən 70 yaşlı Mayxanım Hüseynovanı avtomobil vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.