Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı qəbul keçirib. Sumqayıt24 bu haqda 24 iyun tarixində DünyaTV-yə istinadən xəbər verir.
Zakir Fərəcov 14-cü məhəllədə vətəndaşlarla görüşüb. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidiyyəti qurumların rəhbərlərinə tapşırılıb.