Sumqayıt şəhərinin 18-ci məhəlləsində vətəndaş qəbulu keçirilib. Bu haqda 25 may tarixində Sumqayıt24 xəbər verir.
Şəhər rəhbəri Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini dinləyib. Görüşdə İH-nin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər. Qəbulda hər bir vətəndaşın müraciətinə baxılaraq aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə tapşırıqlar verilib.