Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məhkəməyə verilib. Bu haqda 14 avqust tarixində Sumqayıt24 Sonxeber.az-a istinadən məlumat verir.
İddia "Paşa Bank" ASC tərəfidən irəli sürülüb. Buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan "Sumqayıt Nəqliyyat-1" MMC və "Sumqayıt Nəqliyyat" MMC-nin banka külli miqdarda kredit borcunun olmasıdır.
Hakim Həlimə Alıyevanın sədrliyi ilə keçirilən işə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində baxılacaq. Şəhər rəhbəri cavabdeh qismində məhkəmədə dindiriləcək.