Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı qəbul keçirib. Sumqayıt24 bu haqda 23 fevral tarixində Den.az-a istinadən xəbər verir.
Zakir Fərəcov 30-cu məhəllədə vətəndaşlarla görüşüb. Tədbirdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
İcra başçısı qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin araşdırılması və həlli üçün qurum rəhbərlərinə tapşırıqlar verib.