Sumqayıtın icra başçısı Zakir Fərəcov vətəndaşlarla görüş keçirib. Bu haqda 20 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 5-ci mikrorayon ərazisində təşkil olunan qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri vətəndaşları fərdi qaydada dinləyib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, bəzi müraciətlərin isə araşdırılması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.