Sumqayıt şəhəri, 4-cü mikrorayonda vətəndaş qəbulu keçirilib. Bu haqda 2 fevral tarixində Sumqayıt24 xəbər verir.
Görüşdə şəhər rəhbəri Zakir Fərəcov, eləcə də İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən icra başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.