Çin Xalq Respublikasının Sian şəhərinin nümayəndə heyəti Sumqayıta səfər edib. Bu haqda 21 oktyabr tarixində Sumqayıt24 ŞİH-yə istinadən məlumat verir.
İcra başçısı Zakir Fərəcov Sian şəhərinin vitse-meri Van Syaolini və nümayəndə heyətini qəbul edib.
Şəhər rəhbəri çinli qonaqlara Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı geniş məlumat verib. Qeyd olunub ki, Sumqayıt şəhəri ilə Çinin Sian şəhəri arasında dostluq əlaqələri mövcuddur. Çin Xalq Respublikasının Sian şəhərinin vitse-meri Van Syaolin ikitərəfli əlaqələrin genişləndirilməsindən danışıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
Nümayəndə heyəti daha sonra Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə olub. Qonaqlara Sumqayıt təhsilinin uğurlarından danışılıb. İkitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.