Sumqayıtın icra başçısı Zakir Fərəcov sakinlərlə görüşüb. Bu haqda 10 fevral tarixində Sumqayıt24 xəbər verir.
Şəhərin 4-cü məhəlləsində keçirilən qəbulda İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sakinləri fərdi qaydada dinləyən şəhər rəhbəri qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib. Bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.