4-cü mikrorayonun su təchizatında problem yaşanır. Sumqayıt24 bu haqda 13 dekabr tarixində xəbər verir.
Şikayətçilər bildirirlər ki, mikrorayon ərazisində su qrafiklə verilir. Binaların su təminatı axşam saat 22:00-da dayandırılır və yalnız 9 saatdan sonra bərpa edilir. İnsanlar ev işlərini görməkdə çətinlik çəkirlər:
“İşdən evlərinə gec çatanlar su üzünə həsrət qalırlar. Çimmək, bəzən isə heç əl-üzümüzü yumaq üçün su tapmırıq. Aidiyyəti qurumların məsələyə diqqət yetirməsini gözləyirik”.