Sumqayıt şəhəri, 45-ci məhəllədə su borusu partlayıb. Bu haqda 8 avqust tarixində Sumqayıt24 məlumat verir.
Bina 11/14-ün qarşısında yerləşən su xəttində sızma yaranıb və içməli su küçə boyunca axır. Ərazidə gölməçələr yaranmaqdadır. Kommunal qəza nəticəsində ətrafda yaşayan sakinlərin evlərinə gələn suyun təzyiqi azalıb.