Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri dayanacaqların vəziyyətindən şikayətlənirlər. Sumqayıt24 bu haqda 19 dekabr tarixində xəbər verir.
Məsələn “Ağbaba” kimi tanınan dayanacağın ancaq adı qalıb. Onun şüşələri yoxdur, divarları isə tək-tük şiferdən ibarətdir. Külək bir az gücləndiyi zaman bu dayanacaq yellənir və aşmamaq üçün “mübarizə aparır”. İnsanlar leysan və şaxtada belə ora girməkdənsə, islanmağı tərcih edirlər.
Qeyd edək ki, qəsəbə ərazisində az sayda dayanacaq var.