Sumqayıt şəhərinin "Betonzavod" adlanan ərazisində yaşayan sakinlərin yolların və kanalizasiya sisteminin yararsız olması ilə əlaqədar dəfələrlə şikayətləri işıqlandırılıb.
Sumqayit24.az xəbər verir ki, ərazi geniş olsa da, küçələrin adlarının olmaması səbəbindən hər dəfə müxtəlif ərazilərdən olan sakinlərin şikayətlərini dinləyib, işıqlandırmaqda çətinlik yaranır.
Vətəndaşlar bildirirlər ki, artıq şikayət etməkdən yorulublar. Ətrafdakı küçələr heç vaxt asfaltlanmayıb və heç bir qurum onların vəziyyəti ilə maraqlanmayıb.
View this post on Instagram