Sumqayıt şəhəri, “Betonzavod” yaşayış massivində yol baxımsızlıqdan yararsız vəziyyətdədir.
Bu barədə Sumqayit24.az-a yerli sakinlərin müraciətində bildirilib. Qeyd edilib ki, ərazidəki küçədə yolun asfalt örtüyü yoxdur. Həmçinin küçə iri çala-çuxurlarla doludur.
Şikayətçilərin sözlərinə görə, bu vəziyyət uzun müddətdir ki, davam edir:
“Yayda tozdan, yağışlı havada isə palçıqdan sonra küçədə hərəkət etməkdə çətinlik çəkirik. Uşaqlar məktəbə rahat gedə bilmirlər. Küçəmiz unudulub. Aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik, lakin nəticə yoxdur”, - deyə sakinlər əlavə ediblər.