Sumqayıt şəhəri, 13-cü mikrorayonda antisanitariya vəziyyəti yaranıb.
Bu barədə Sumqayit24.az-a sakinlər müraciət ediblər. Bina 35-in yaxınlığında yerləşən zibil konteyneri tullantılarla dolub-daşıb. Məişət tullantıları ətrafa səpələnib.
“Bu hal 1 həftəyə yaxındır ki, davam edir. Eyni vəziyyət dəfələrlə təkrarlanıb. Zibil iyindən yoldan keçmək mümkün deyil. Pəncərələrimizi açıb təmiz hava qəbul edə bilmirik”, - deyə şikayətçilər əlavə ediblər.