“Corat Bağları” yaşayış massivində kanalizasiya quyusu daşıb.
Sumqayit24.az-a müraciət edən yerli sakinlərin sözlərinə görə, Xəzəryurd küçəsi 28 ünvanında çirkab sular küçə boyunca axır. Şikayətçilər bu cür halların tez-tez təkrarlandığını qeyd edirlər:
“Bu vəziyyət artıq gündəlik problemə çevrilib. Hər dəfə kanalizasiya daşanda küçəni üfunət bürüyür. Bu, sağlamlıq üçün ciddi təhlükə yaradır. Xüsusilə uşaqlar ərazidən keçərkən çirkab sularına bulaşırlar.”