Sumqayıt sakinləri qazdan şikayət edirlər.
Onlar məsələ ilə bağlı Sumqayit24.az-a müraciət ediblər. Corat bağları, Xədicə Məmmədova küçəsində yaşayan vətəndaşlar gecələr qorxularından yuxuya gedə bilmədiklərini deyirlər:
“Qazın təzyiqi 5 dəqiqənin içində azı 10 dəfə dəyişir, sonra isə ümumiyyətlə qaz kəsilir. Səhərə qədər yata bilmirik. “Azəriqaz” QSC-yə zəng etmişik, amma heç bir nəticəsi yoxdur.
Sumqayıt və Novxanı qəsəbəsində baş verən partlayışlar, ölüm-itim onlara dərs olmadı?!”