H.Z. Tağıyev qəsəbəsinin sakinləri enerji təchizatının zəif olmasından narazıdırlar. Bu haqda 9 avqust tarixində Sumqayıt24 xəbər verir.
“Arzu” marketi tərəfdə yaşayan qəsəbə sakinlərinin sözlərinə görə, onlar illərdir elektrik enerjisinin qeyri-stabil verilişindən çətinlik çəkirlər.
“Axşam saatlarında işıq közərir, yox vəziyyətindədir. Məişət avadanlıqlarından istifadə edə bilmirik, tez-tez sıradan çıxır. Əraziyə transformator quraşdırılmayıb. Dəfələrlə “Azərişıq” ASC-yə, qurumlara müraciət olunub, lakin nəticə hələ də yoxdur”, – deyə sakinlər bildiriblər.