H.Z. Tağıyev qəsəbəsində kanalizasiya lükü mütəmadi olaraq daşır. Bu haqda 14 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Bu hal 32 nömrəli məktəbin ərazisində müşahidə olunur. Çirkab məktəb həyətindən küçə boyunca axaraq gölməçələr yaradır. Ətrafı üfünət bürüyür.
“2 gündən bir küçədə kanalizasiya daşır. İydən ərazidən keçmək mümkün olmur. Sabahdan dərs ili başlayır. Uşaqlarımızı məktəbə necə yola salaq? Kanalizasiya suları yaşayış evlərinə qədər çatır”, - deyə sakinlər bildiriblər.