Sumqayıtda işıqforlar natamam çalışır. Sumqayıt24 bu haqda 11 sentyabr tarixində xəbər verir.
Bakı və Ağa Quliyev küçələrinin kəsişməsində yerləşən hərəkət nizamlayıcıları nasazdır. Artıq bir neçə gündür ki, işıqforun qırmızı və sarı işıqları yansa da, yaşıl işığı qoşulmur. Bu isə sürücüləri və yolu keçən piyadaları çaşdırır.