Sumqayıtın bir neçə küçə və prospektində işıqforlar işləmir. Bu haqda 10 avqust tarixində Sumqayıt24 məlumat verir.
Şəhərin Bakı və Sərvər Bədəlbəyli keçələrinin kəsişməsində, eləcə də Üzeyir Hacıbəyov küçəsi ilə Koroğlu prospektinin kəsişməsində yerləşən hərəkət nizamlayıcıları işləmir.
İşıqforun işləməməsi yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyətlərə səbəb olur.
[modula id="40477"]