Novxanı qəsəbəsindəki çimərlikdə antisanitariya vəziyyəti müşahidə olunur. Bu haqda 16 avqust tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, “Liman” ailəvi istirahət mərkəzinin ərazisində yerləşən ictimai çimərlikdə məişət tullantıları toplu halda qalaraq yığışdırılmır. Bu hal bir həftədən çox müddət davam edir. İstirahət edənlərin sözlərinə görə, ətrafa xoşagəlməz qoxu yayılıb.