Novxanı qəsəbəsinin çox hissəsində qaz təchizatında fasilə yaranıb. Bu haqda 25 sentyabr tarixində Sumqayıt24 “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Bu gün saat 10:00-dan etibarən qəsəbədə təmir-quraşdırma işləri icra olunur. Yeni çəkilmiş xəttin mövcud qaz xəttinə qoşulması məqsədi ilə qaz təchizatı dayandırılıb.
İşlər başa çatandan sonra qazın verilişi bərpa olunacaq.