top
Özəl pensiya fondlarının bizə nə faydası olacaq? - AÇIQLAMA
10 dekabr 2024, 10:15
- ↺ +

Özəl pensiya fondlarının bizə nə faydası olacaq? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, özəl pensiya fondlarının yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır".

Sumqayıt24.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından sıx şəkildə istifadə edirlər:

"Özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsinlər. Bu, pensiya məbləğinin artmasına gətirib çıxarır. Oxşar praktikanın Azərbaycanda tətbiq edilməsi məqsədəuyğundur. Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman, əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn, 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq".

Deputat əlavə edib ki, özəl pensiya fondunun etibarlılığı çox önəmlidir:

"Çünki belə pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarəedilməsi həyata keçiriləcək. Ona görə burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə mexanizmin daha təkmil şəkildə hazırlanıb təqdim edilməsi vacibdir.

Qeyd edək ki, pensiya təminatının özəl fondlar vasitəsilə həyata keçirilməsi dünyada geniş yayılan bir təcrübədir. Hazırda Almaniya, Böyük Britaniya, İrlandiya, Türkiyə və s. ölkələrdə belə fondlar fəaliyyət göstərir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:40

Sumqayıtda sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 17:10

Sumqayıtda 17 və 17A nömrəli avtobuslar nə vaxt yenilənəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:25

Sumqayıtda təhsil işçiləri təltif olundu

Bütün xəbərlər
Bu gün, 16:00

"Sumqayıt"ın ev oyunları hansı stadionda keçiriləcək? - RƏSMİ

İdman
Bu gün, 15:28

Sumqayıtda cüdo üzrə çempionat keçiriləcək

İdman
Bu gün, 14:33

"Sumqayıt" bu gün "Kür-Araz"la qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 13:56

Vəzifəsindən azad olunan Mirsaleh Seyidov kimdir?

Bütün xəbərlər
Bu gün, 13:40

Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi, xidmətə yeni rəis təyin edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Bu gün, 13:00

Sumqayıtlı Vətən müharibəsi iştirakçısı ailə həyatı qurdu

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda pandus problemi: maşınlar hərəkətə mane olur

Bütün xəbərlər
Bu gün, 11:10

"Bolt"un sürücünə qarşı cinayət törədən cəzadan narazıdır

Bütün xəbərlər
Bu gün, 10:41

Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıt məhkəməsində anasının üzərinə benzin töküb yandırana cəza verildi

Bütün xəbərlər
Bu gün, 09:08

Əməkdar artist Dilarə Əliyevanın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Oxşar xəbərlər