Sumqayıt şəhəri, 13-cü mikrorayonda baş verən partlayış zamanı şok keçirən qonşu bu gün dünyasını dəyişib.
Sumqayit24.az-a daxil olan məlumata görə, partlayış baş verən mənzillə eyni mərtəbədə yerləşən mənzilin sakini Nadejda adlı qadın insident zamanı şok keçirib və bu gün dünyasını dəyişib.
Bildirilir ki, partlayışdan sonra 72 yaşlı qadın qohumlarının evinə yerləşdirilib. Hadisənin şokundan çıxa bilməyən Nadejda elə qohumlarının evindəcə dünyasını dəyişib. Onun ürəyinin partladığı bildirilir.
Fakt araşdırılır.