Sumqayıtlıların da xidmətində olan “Reabilitasiya avtobusu”ndan istifadə edənlərin sayı açıqlanıb. Sumqayıt24 bu haqda 13 avqust tarixində Sosial.gov.az-a istinadən xəbər verir.
Həmin avtobus, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 18 yaşınadək əlilliyi olan şəxslər üçün təşkil edilib. O, Sumqayıt şəhəri, Masazır qəsəbəsi, 20 Yanvar dairəsi, Koroğlu metrostansiyasından uşaqları götürərək Bakının 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə çatdırır.
Fəaliyyətə başladığı gündən avtobusdan 250-dən çox şəxs yararlanıb.