Sumqayıtın mərkəzində natəmizlik yaranıb. Sumqayıt24-ə bu barədə izləyicilər xəbər verib.
Ərazidə zibil qutularının qıtlığı səbəbindən bəzi sakinlər əllərindəki plastik, paket və s. tullantıları yerə atırlar. Bunun üçün insan gözündən ən uzaq çala və ya boşluğu seçirlər.
Məsələn, 36-cı məhəllədə olan və boru xətti üçün nəzərdə tutulmuş quyunun içi müxtəlif növ zibillə doludur. [modula id="20364"]