Yaşıldərə yaşayış massivində antisanitariya vəziyyəti yaranıb. Bu haqda 22 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Bu hal qəbiristanlığa gedən yolda müşahidə olunur. Məişət tullantıları ətrafa səpələnib.
“Zibil maşınları mütəmadi olaraq tullantıları yığışdırır. Lakin ərazi tam şəkildə təmizlənmir. Nəticədə bu mənzərə ortaya çıxır. Ərazini üfunət bürüyür. Gündən-günə vəziyyət daha da kəskinləşməkdə davam edir”, – deyə şikayətçilər bildiriblər.