Sumqayıtda qazın verilişində fasilə yaranıb. Sumqayıt24 bu barədə 22 avqust tarixində Qaz İstismar İdarəsinə istinadən xəbər verir.
Kimyaçılar qəsəbəsində 1200 abonentin təbii qazla təchizatı saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılıb. Sakinlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları xahiş olunur.