Sumqayıtın ən uzun küçəsində işıqfor nasaz çalışır. Sumqayıt24 bu haqda 13 oktyabr tarixində xəbər verir.
Səməd Vurğun küçəsində, “Esmira” şadlıq sarayının yaxınlığındakı hərəkət nizamlayıcısı günlərdir ki, sürücüləri çaş-baş salır. Sözügedən işıqforun yaşıl və sarı işıqları yansa da, qırmızı işığı qoşulmur.
[video width="1920" height="1080" mp4="https://sumqayit24.az/storage/photos/2023/10/Sequence-01_12.mp4"][/video]