Samur-Abşeron kanalının ətrafında antisanitar vəziyyət yaranıb. Sumqayıt24 bu haqda 19 iyul tarixində məlumat verir.
Bu hal su kanalının Saray qəsəbəsindən keçən hissəsində müşahidə olunur. Ərazidə məişət tullantıları səpələnib. Ətrafı üfünət bürüyüb.
Qeyd edək ki, kanal Meliorasiya və Su Təsərrüfatı ASC-nin balansındadır.