Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbdə narkomaniya və dini radikalizmə qarşı maarifləndirici görüş keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə "Asılı olma, azad ol!" və "Dini fanatizm, yoxsa İslami dəyərlər?" mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb, film nümayişi edilib.
Qeyd edək ki, layihə Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin birgə təşkilatçılığı ilə reallaşıb.