Saray qəsəbəsində uzun zaman qaranlıq qalan küçə işıqlandırılır. Bu haqda 29 avqust tarixində Sumqayıt24 Report.az-a istinadən məlumat verir.
Söhbət Mikayıl Müşfiq küçəsindən gedir. Burada mütəmadi olaraq yol-nəqliyyat hadisələri baş verirdi. Bir neçə ay əvvəl küçə boyunca işıq dirəkləri quraşdırılsa da, elektrik enerjisi verilməmişdi.
Sözügedən küçədə təmir-bərpa işləri aparıldığı üçün təhlükəsizlik baxımından küçə işıqları qoşulmamışdı.
Ötən gündən etibarən isə işıq dirəkləri işlək vəziyyətə gətirilib.