Saray qəsəbəsinin Azadlıq küçəsi baxımsız vəziyyətdədir. Sumqayıt24 bu haqda 30 sentyabr tarixində xəbər verir.
İki şəhidin anası asfaltın olmamasından şikayətlənir. Onun sözlərinə görə, payızın sonlarından baharın ortalarınadək yollar palçıq içində olur, insanlar sərbəst hərəkət edə bilmirlər. Quru aylarda isə ərazidən keçən avtomobillər toz dumanı qaldırır.
Sakinlər aidiyyəti qurumlardan təmir işlərinin aparılmasını istəyirlər.
[modula id="43114"]